“Portu” “Arsenal”ın futbolçusu üçün ikinci cəhdini edəcək

“Arsenal”ın müdafiəçisi Yakub Kivior karyerasını “Portu”da davam etdirə bilər.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, “əjdahalar” bu həftə polşalı futbolçunun transferi ilə bağlı London klubuna yeni təklif göndərəcək. İyulda “Arsenal” onların ilkin təklifini rədd etmişdi, ancaq “Portu” ikinci cəhdini etmək niyyətindədir.

Kivior və Oleksandr Zinçenko satılarsa, “Arsenal” yeni oyunçu almaq üçün transfer bazarına çıxacaq.

25 yaşlı müdafiəçi bu mövsüm hələ meydanda yer almayıb. Onun “Arsenal”la müqaviləsinin müddəti 2028-ci ilin yayına qədərdir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button