Portuqaliya klubu “Barselona”nın hücumçusunu istəyir
“Barselona”nın hücumçusu Vitor Roke klubu tərk edə bilər.
Komanda.az “Todofichajes”-ə istinadən xəbər verir ki, “Portu” 19 yaşlı braziliyalı futbolçunun xidmətində maraqlıdır.
Rokenin potensial transferi 30 milyon avro olaraq qiymətləndirilir. O, bu ilin yanvarında “Barselona”ya keçsə də, komandada möhkəmlənə bilməyib. Onun klubla müqaviləsi 2031-ci ilin ortalarına qədərdir.
Braziliyalı hücumçu İspaniya çempionatının ötən mövsümündə 14 oyunda cəmi 2 qolla yada qalıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin