
Portuqaliya ilə oyun üçün milliyə daha bir futbolçu çağırıldı
DÇ-2022-nin seçmə mərhələsində Portuqaliya yığması ilə qarşılaşacaq Azərbaycan millisinin heyətinə daha bir futbolçu dəvət olunub.
Komanda.az AFFA-nın saytına istinadən xəbər verir ki, “Keşlə”nin müdafiəçisi Şəhriyar Əliyev millinin heyətinə qoşulub.
Qeyd edək ki, Azərbaycan – Portuqaliya matçı sentyabrın 7-də Bakı Olimpiya Stadionunda keçiriləcək.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin