
Portuqaliya – Fransa matçının ən yaxşı futbolçusu
Almaniyada təşkil olunan futbol üzrə Avropa çempionatında Portuqaliya və Fransa yığmaları arasında 1/4 final oyununun (0:0) ən yaxşı futbolçusu bəlli olub.
Komanda.az UEFA-nın mətbuat xidmətinə istinadən xəbər verir ki, fransızların hücumçusu Usman Dembele görüşün ən yaxşı oyunçusu adına layiq görülüb.
Xatırladaq ki, 27 yaşlı futbolçu bu oyunda 67-ci dəqiqədən etibarən mübarizə aparıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin