Evinin divarına “nankor” və “satqın” sözləri yazıldı – Tanınmış məşqçinin
“Portu”nun keçmiş baş məşqçisi Andre Villaş-Boaşın evi vandalizmə məruz qalıb.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, hadisə dünən səhər saatlarında baş verib. Evin divarında və darvazasında “nankor” və “satqın” yazıları peyda olub. Boaşın özü və ailəsi xaricdə olmasına baxmayaraq, yazılar tez bir zamanda rənglənib.
Daha əvvəl Boaş “Portu”nun prezidenti postuna namizədliyini irəli sürməyə hazır olduğunu açıqlayıb və klubun hazırkı rəhbərliyini maliyyə fəaliyyətinə görə tənqid edib.
O, 2010/11 mövsümündə “Portu” ilə çempionluq, superkubok və Portuqaliya kubokunu qazanıb, həmçinin Avropa Liqasının qalibi olub.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin