“Başqa klublar bunu bilsəydilər, yəqin ki, işlər çətinləşərdi” – “Portu”nun prezidenti
“Portu”nun prezidenti Andre Villaş-Boaş “Atletiko”nun sabiq hücumçusu Samu Omorodionla müqavilə imzalanması barədə danışıb.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, klub rəhbəri Omorodionun müqaviləsinin onlar üçün çox məxfi olduğunu bildirib:
“Omorodionun müqaviləsi bizim üçün çox məxfi idi. Bu, onu həyata keçirmək, sızmalardan qaçmaq və tez bir zamanda etmək üçün yeganə yol idi. Onunla ilə 15 milyon avroya müqavilə imzaladıq və oyunçunun hüquqlarının 50 faizini aldıq. Başqa klublar bunu bilsəydilər, yəqin ki, işlər çətinləşərdi”.
Omorodion 2023-cü ildə “Atletiko”ya keçsə də, dərhal “Alaves”ə icarəyə verilmişdi. Daha sonra o, 2024-cü ilin yayında Portuqaliyanın “Portu” klubu ilə 5 illik müqavilə imzalayıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin