ÇL: “Portu”nun müdafiəçisi tarixə düşdü
Çempionlar Liqasının 1/8 final mərhələsinin “Arsenal”la dünənki cavab oyununda müdafiəçi Pepe “Portu”nun heyətində növbəti matçına çıxıb.
Komanda.az “Opta Sports”-a istinadən xəbər verir ki, portuqaliyalı futbolçu 41 yaşında Çempionlar Liqasında oynamış ilk meydan oyunçusu kimi tarixə keçib.
Çempionlar Liqası tarixində portuqaliyalıdan öncə yalnız dörd yaşlı qapıçı meydana çıxıb: Mark Şvartser (2014-cü ildə, 41 yaş), Aleksandr Şovkovski (2016-cı ildə, 41), Canluici Buffon (2020-ci ildə, 42) və Marko Ballotta (2007-cı ildə, 43).
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin