“Portu”nun futbolçusu rəsmən “Arsenal”da
London “Arsenal”ı növbəti transferini rəsmiləşdirib.
Komanda.az xəbər verir ki, Premyer Liqa təmsilçisi Portuqaliyanın “Portu” klubunun yarımmüdafiəçisi Fabio Vieyranı transfer edib.
Bu barədə klubun rəsmi saytı məlumat yayıb. 22 yaşlı futbolçu ilə 5 illik müqavilə imzalanıb.
“Topçular” bu transfer üçün Portuqaliya klubuna 40 milyon avro ödəyəcək. Daha 5 milyon avro isə bonuslar şəklində veriləcək.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin