“Portu” “Barselona”nın futbolçusu üçün danışıqlara başlayıb

“Barselona”nın hücumçusu Vitor Roke karyerasını Portuqaliyada davam etdirə bilər.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, 19 yaşlı futbolçu Avropaya uyğunlaşmaqda çətinlik çəkir və qarşıdakı transfer pəncərəsində icarəyə verilə bilər. “Portu”nun Roke üçün artıq “Barselona” ilə danışıqlar apardığı bildirilib.

Braziliyalı futbolçu yanvarda “Atletiko Paranaense”dən Kataloniya klubuna keçib. O, Xavinin komandasında bütün yarışlarda keçirdiyi 13 oyunda 2 qol vurub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button