Ata və oğul
“Portu” Portuqaliya çempionatının 17-ci turunda “Eştoril”i məğlub edib – 3:2.
Komanda.az xəbər verir ki, “Portu”ya qələbə qazandıran qolu komandanın baş məşqçisi Serjio Konseysaonun oğlu Fransisko Konseysao vurub. O, sonradan meydana daxil olaraq, 89-cu dəqiqədə qələbə qoluna imza atıb.
“Portu”nun baş məşqçisi Serjio Konseysaonun 5 oğlu var və onlardan 3-ü futbolçudur.
Fransisko Konseysao bu mövsüm “Portu” ilə çempionatda 12 oyunda 1 qol vurub.
“Portu” Portuqaliya çempionatında 17 turdan sonra 47 xalla liderdir.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin