İstefa verə bilər – Klub prezidentinin açıqlamasına görə
“Portu”nun baş məşqçisi Serjio Konseysao klubu tərk edə bilər.
Komanda.az “Record”-a istinadən xəbər verir ki, o, klub prezidenti Pinto da Kostanın cari mövsümdə komandaya kifayət qədər sərmayə qoyduğunu iddia etməsindən sonra postundan ayrılmağı düşünür.
Konseysao 2017-ci ildən Portuqaliya təmsilçisini çalışdırır. Onun rəhbərliyi altında komanda 316 görüş keçirib, 228 qələbə qazanıb, 44 dəfə “sülh”ə razılaşıb və eyni sayda məğlubiyyət yaşayıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin