
“Portu” “Barselona”nın futbolçusunu transfer etdi
“Barselona” yarımmüdafiəçisi Niko Qonsalesi “Portu”ya satıb.
Komanda.az xəbər verir ki, İspaniyanın U-21 yığmasının üzvü yeni klubu ilə 5 illik müqavilə bağlayıb.
Kataloniya klubu isə bu satışdan 8,4 milyon avro qazanıb.
21 yaşlı futbolçu yetirməsi olduğu “Barsa”da 37 oyuna 2 qol vurub. O, ötən mövsümü “Valensiya”da icarədə keçirib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin