
“Arsenal”ın müdafiəçisi “Portu”ya keçə bilər
Polşalı müdafiəçi Yakub Kivior hazırda İngiltərə Premyer Liqasında “Arsenal”ın heyətində çıxış edir, ancaq yaxın gələcəkdə Portuqaliya Premyera Liqasına keçə bilər.
Komanda.az “Sky Sports”-a istinadən xəbər verir ki, 25 yaşlı futbolçu ilə “Portu” maraqlanır.
Portuqaliya klubu Kivioru icarə əsasında komandaya cəlb etmək və sonradan daimi transfer hüququna malik olmaq istəyir. Onun “Arsenal”la müqaviləsinin müddəti 2028-ci ilin ortalarına qədərdir.
Kivior ötən mövsümdə Premyer Liqada 17 oyunda çıxış edib və 1 qol vurub.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



