
“Portu” “Yuventus”un müdafiəçisi ilə maraqlanır
“Yuventus”un müdafiəçisi Daniele Ruqaniyə “Portu” maraq göstərir.
Komanda.az “Sky Sport”-a istinadən xəbər verir ki, Portuqaliya klubu bu gün 31 yaşı tamam olacaq futbolçu ilə bağlı rəsmi təklif verməyə hazırlaşır.
Ancaq “Yuventus” Ruqani ilə ayrılmağa tələsmir. Komandanın əsas müdafiəçiləri Qleyson Bremer və Xuan Kabalyar hələ zədələrindən tam bərpa olunmayıblar. Bu səbəbdən, klub rəhbərliyi yeni mövsümdə Ruqaninin təcrübəsinə güvənir.
“Transfermarkt” portalı italiyalı futbolçunun bazar dəyərini 3 milyon avro olaraq qiymətləndirir.
Ruqani 2024/25 mövsümünü icarə əsasında “Ayaks”da keçirib. Onun “Yuventus”la müqaviləsinin müddəti bu ilin ortalarına qədərdir.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



