
“Portu” ölkə kubokunun finalında!
Portuqaliya kubokunun yarımfinal mərhələsinin cavab qarşılaşmasında “Portu” “Famalikao”nu məğlub edib (3:2, ilk oyun – 2:1).
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, iki oyunun nəticəsinə əsasən, 5:3 hesablı qələbə qazanan meydan sahibləri finala çıxıb.
Onlar həlledici qarşılaşmada “Braqa” ilə üz-üzə gələcək. Final matçı iyunun 4-də keçiriləcək.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin