Poqba “Yuventus”u tərk etməkdə qərarlıdır
Pol Poqba mart ayında futbola qayıda bilər.
Komanda.az “Transfer News Live”-ə istinadən xəbər verir ki, İdman Arbitraj Məhkəməsi fransalı yarımmüdafiəçinin dopinqə görə diskvalifikasiyasını dörd ildən bir il yarıma endirib. Bununla belə, o, “Yuventus”u tərk edəcək və karyerasını başqa yerdə bərpa etməkdə qərarlıdır.
Poqbanın Turin klubu ilə müqaviləsini ləğv etmək üçün danışıqları plana uyğun gedir. O, 2025-ci ilin əvvəlində azad agent olacaq.
31 yaşlı futbolçunun adı bir neçə klubla, xüsusən də, MLS “Los-Anceles”i ilə yanaşı hallanır.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin