“Yuventus” rəsmisindən Poqba ilə bağlı açıqlama
“Yuventus”un baş direktoru Mauritsio Arrivabene yarımmüdafiəçi Pol Poqbanın transferi ilə bağlı aparılan danışıqların gedişi haqqında məlumat verib.
Komanda.az “Tuttosport”-a istinadən xəbər verir ki, klub rəsmisi, danışıqların hələ də davam etdiyini deyib:
“Danışıqlar gedir. Bu sövdələşmə kommersiya baxımından da “Yuventus” üçün əsas olacaq”.
Poqba 2012-ci ilin avqustundan 2016-cı ilin avqustuna qədər “Yuventus”da oynayıb, sonra “Mançester Yunayted”ə keçib. 29 yaşlı fransalı iyulun 1-dən rəsmən azad agent olacaq.
Poqbanın “Yuventus”la 4 illik müqavilə imzalamaq ehtimalının olduğu bildirilir.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin