Poqbanın qardaşı həbsxanadan çıxdı
Fransa millisinin və “Yuventus”un yarımmüdafiəçisi Pol Poqbanın qardaşı Matias həbsdən azad edilib.
Komanda.az xəbər verir ki, bu barədə “Le Parisien” məlumat yayıb.
Matias cəza çəkdiyi Sen-Denidəki Villepinte təcridxanasını tərk edib. O, sentyabrın 17-dən təcrid olunmuşdu.
Əvvəllər Pol Poqba mütəşəkkil bir dəstə tərəfindən şantaj və təhdid edildiyini iddia edib. O, Mərkəzi Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin müstəntiqlərinə bildirib ki, onu pulemyotlarla hədələyənlər uşaqlıq dostları tərəfindən tutulub. Cinayətkarlar futbolçunun onlara maddi yardımı dayandırdığı üçün 13 milyon avro tələb ediblər. Dəstə Poqbanı 13 il gizli şəkildə qoruduğunu iddia edib. Pol Poqba cinayətkar dəstənin içindən qardaşı Matiası tanıyıb.
Azadlığa çıxandan sonra Matiasa anası və qardaşı Polla, eləcə də, iş üzrə digər müttəhimlərlə əlaqə saxlaması qadağan edilib. İstintaq davam edir.
Matias Poqba da futbolçu karyerasına sahibdir. O, daha əvvəl İspaniyada “Rasinq Mursiya”, “Lorka”, İtaliyada “Peskara”, İngiltərədə “Kryu”, “Rekshem”, “Krouli”, Fransada “Tur” kimi klublarda çıxış edib.
Bizi Facebook-da izləyin