Poqba “Mançester Yunayted”dən elə bir şey istəyir ki…
İngiltərənin “Mançester Yunayted” klubunun heyətdə saxlamaq istədiyi yarımmüdafiəçisi Pol Poqba qərarını verib.
Komanda.az İtaliya mətbuatına istinadən xəbər verir ki, klubun yeni müqavilə təklifinə müsbət yanaşan fransalı futbolçu, bunun üçün “qırmızı şeytanlar”dan həftəlik 600 min funt-sterlinq tələb edib. Bu məvaciblə o, dünyanın ən çox qazanan futbolçusu olacaq.
Fransalı futbolçunun klubla müqaviləsi 2021-ci ilin yayınadək nəzərdə tutulub. MY Poqbayla müqavilənin müddətini uzatmaqla bağlı razılığa gələ bilməsə, cari mövsümün sonunda onu satmağa məcbur olacaq.
Poqbayla “Real” və “Yuventus”un yaxından maraqlandığı bildirilir.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin