Poqba Avropa klublarından təklif gözləyir

Pol Poqba Amerika klubu ilə danışıqlara baxmayaraq, karyerasını Avropada davam etdirmək istəyir.

Komanda.az xəbər verir ki, bu barədə ESPN nəşri məlumat yayıb.

Dopinq qadağasından sonra azad agent olan fransalı yarımmüdafiəçi “DC Yunayted”in oyunçusu ola bilər. Onunla klub rəhbərliyi arasında artıq ilkin əlaqələr qurulub. Ancaq 32 yaşlı futbolçu hələ də Avropa komandalarından gələn təkliflərə açıqdır.

Bir ay əvvəl “Marsel”lə “Fiorentina” Poqbanı almaq variantını nəzərdən keçirirdilər. Onun təkliflərini rədd etdiyi Braziliya və Səudiyyə Ərəbistanı klubları ilə də məlum variantlar var. Poqba sonuncu dəfə 2023-cü ilin sentyabrında rəsmi oyunda çıxış edib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button