Poqbanın dopinq testi yenə müsbət çıxdı!

“Yuventus”un yarımmüdafiəçisi Pol Poqbanın dopinq testi yenidən müsbət nəticə verib.

Komanda.az “Sky Sport İtalia”-ya istinadən xəbər verir ki, Poqba indi yenə maksimum 4 illik cəza ilə üz-üzə qalıb.

Poqbanın İtaliya A Seriyasının 1-ci tur matçından sonra verdiyi dopinq testi müsbət nəticə vermişdi. 1-ci turda “Yuventus” səfərdə “Udineze” ilə qarşılaşmışdı (3:0). Poqba sözügedən görüşdə iştirak etməmişdi. Fransalı futbolçu sonadək ehtiyatda qalmışdı.

Poqbanın testosteron səviyyəsinin çox yüksək olduğu müəyyən edilmişdi ki, bu, istisnasız qəbul edilməməli olan bir maddədir.

İtaliya Antidopinq Agentliyi fransalı futbolçunun müvəqqəti diskvalifikasiya olunduğunu açıqlamışdı. Müvəqqəti diskvalifikasiyanın araşdırma öncəsi bir tədbir olduğu diqqətə çatdırılmışdı.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button