Poqbanın agenti: “O, narahatdır”
“Yuventus”un yarımmüdafiəçisi Pol Poqbanın agenti Rafaela Pimenta futbolçunun zədəsi ilə bağlı danışıb.
Poqba dizindəki zədə səbəbindən DÇ-2022-ni buraxacaq.
Komanda.az “football-italia.net”-ə istinadən xəbər verir ki, fransalı yarımmüdafiəçinin agenti onun milli komandaya kömək edə bilmədiyi üçün narahat olduğunu deyib:
“Pol Fransa üçün Qətərdə oynamayacağından narahatdır. Amma bundan sonra nə edəcəyini bilir”.
Poqba bu yay “Mançester Yunayted”dən “Yuventus”a azad agent kimi keçib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin