Poqbadan müəmmalı paylaşım

Son iş yeri “Yuventus” olan yarımmüdafiəçi Pol Poqba sosial şəbəkədə müəmmalı paylaşım edib. O, üç emoji yerləşdirib: qum saatı, qapanmış ağız və yumulmuş göz.

Komanda.az “RMC Sport”-a istinadən xəbər vərir ki, fransalı futbolçu bu yolla qaçılmaz transferinə eyham vurub.

Daha əvvəl mətbuatda Poqbanın karyerasını “Marsel”də davam etdirə biləcəyi haqda xəbərlər yayılmışdı.

31 yaşlı yarımmüdafiəçi hazırda narkotik vasitələrdən istifadə etdiyi üçün cəza çəkir. O, gələn ilin martında futbola qayıda biləcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button