“Poqba zədəsinə görə çox qorxunc bir mövsüm keçirir” – Sulşer
İngiltərənin “Mançester Yunayted” klubunun baş məşqçisi Ole-Qunnar Sulşer zədəli futbolçu Pol Poqbayla bağlı açıqlama verib.
Komanda.az klubun saytına istinadən xəbər verir ki, norveçli mütəxəssis, bir müddət əvvəl əməliyyat olunan fransalı futbolçu ilə bağlı bunları deyib:
“Poqba zədəsinə görə çox qorxunc bir mövsüm keçirir. Onun haqqında bildiyim bir şey var, o, futbol oynamağı sevir. Zədələnən hər futbolçu meydana geri dönmək üçün səbirsizlənir. Hazırda zədədən və futboldan kənar qalmaqdan bezmiş bir futbolçu görürəm. Əminəm ki, Poqba zədədən qurtulduqdan sonra yenidən futboldan həzz alacaq. O, hər zaman yüksək səviyyədə çıxış edən peşəkar futbolçu olub”.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin