Poqba oynamağa hazırdır? – Sulşer açıqladı

İngiltərə Premyer Liqasının 30-cu turu çərçivəsində “Tottenhem”lə qarşılaşacaq “Mançester Yunayted” klubunun baş məşqçisi Ole-Qunnar Sulşer komandanın zədəli futbolçusu Pol Poqbayla bağlı açıqlama verib.

Komanda.az xəbər verir ki, norveçli mütəxəssis, fransalı yarımmüdafiəçinin vəziyyəti ilə bağlı bunları deyib:

“Poqbanın da digərləri kimi olmasını istəyirəm, onun üçün əlimizdən gələnin ən yaxşısını edirik. O, cari mövsümü çox çətin keçirdi, bir neçə dəfə zədələndi. Hazırda yaxşıdır və oynamağa hazırdır. Təbii ki, oynadıqca daha yaxşı formada olmasını gözləyirik. İndi onun nə qədər oynaya biləcəyini bilmirəm, amma qarşıdakı bir neçə ay ərzində onu ən yaxşı şəkildə hazırlaşdıra bilərik. Poqba dünyanın ən yaxşı yarımmüdafiəçilərindən biridir. O, dünya çempionudur və biz bu liderliyi meydanda görmək istəyirik”.

Poqba zədə səbəbiylə cari mövsümdə sadəcə 8 oyunda iştirak edib.

“Tottenhem” – “Mançester Yunayted” oyunu bu gün, saat 23:15-də start götürəcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button