Poqba MLS klubu ilə danışıqlar aparır

“Yuventus”un və “Mançester Yunayted”in sabiq yarımmüdafiəçisi Pol Poqba karyerasını ABŞ-da davam etdirə bilər.

Komanda.az “The Washington Post”-a istinadən xəbər verir ki, MLS təmsilçisi “DC Yunayted” artıq bir neçə aydır ki, 32 yaşlı futbolçu ilə danışıqlar aparır.

Klubun baş icraçı direktoru Ceyson Levin Poqbanın nümayəndələri ilə bir neçə dəfə görüşüb, həmçinin, oyunçunun özü ilə də şəxsən bir araya gəlib.

Fransalı futbolçu dopinq cəzası səbəbilə uzun müddət futbol meydanlarından kənarda qalıb və bu səbəbdən, Avropada gələcəyi sual altındadır.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button