Poqba MLS klubuna keçə bilər

“Yuventus”un yarımmüdafiəçisi Pol Poqba karyerasını başqa çempionatda davam etdirə bilər.

Komanda.az “Teamtalk”-a istinadən xəbər verir ki, MLS təmsilçilərindən “Los Anceles” fransalı futbolçunun xidmətində maraqlıdır.

Daha əvvəl Kriştiano Ronaldonun çıxış etdiyi Səudiyyə Ərəbistanının “Əl-Nəsr” klubunun 31 yaşlı yarımmüdafiəçini öz sıralarına cəlb etmək istədiyi barədə məlumatlar yayılmışdı.

Poqba cəzası ilə bağlı apellyasiya şikayətini qazanıb və gələn ilin martında meydana qayıda biləcək. Onun hazırda “Yuventus”la müqaviləsi var.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button