![](https://komanda.az/wp-content/uploads/2023/03/1678773288_poqba-780x470.jpg)
Poqba MLS klubu ilə danışıqlar aparır
Hazırda azad agent olan Pol Poqba xaricdə özünə klub tapa bilər.
Komanda.az “Todofichajes”-ə istinadən xəbər verir ki, 31 yaşlı futbolçunun MLS-də seçimi var. “Şarlotta” fransalı yarımmüdafiəçi ilə müqavilə bağlamaqda maraqlıdır. Tərəflər potensial transferlə bağlı danışıqlar aparır.
Poqba hazırda dopinqə görə diskvalifikasiya cəzası çəkir. O, gələn ay meydana qayıda biləcək. Onun son iş yeri “Yuventus” olub.
Poqba “Mançester Yunayted”dəki çıxışı ilə də tanınır. O, Fransa millisinin heyətində 91 oyun keçirib, 11 qol vurub.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin