Poqba millinin oyunlarını buraxacaq
“Yuventus”un yarımmüdafiəçisi Pol Poqba Fransa millisinin iyun ayındakı oyunlarını buraxacaq.
Komanda.az xəbər verir ki, bu barədə GFFN məlumat yayıb.
İyunun 16-da fransızlar AÇ-2024-ün seçmə mərhələsi çərçivəsində səfərdə Cəbəllütariqlə qarşılaşacaqlar, 19-da isə Yunanıstanı qəbul edəcəklər. Poqba zədə səbəbindən bu oyunları buraxacaq. Komandanın baş məşqçisi Didye Deşam heyəti mayın 31-də elan etməlidir.
30 yaşlı yarımmüdafiəçi A Seriyasının 35-ci turunda, “Kremoneze” ilə matçda (2:0) zədə alıb. Onun omba nahiyəsindən aldığı zədə səbəbindən təxminən 20 gün meydana çıxmayacağı bildirilir.
Poqba 2022-ci ilin martından bəri Fransa millisində meydana çıxmayıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin