
Poqba: “Karyerasını bitirdi” deyənlərə fikir verməyin”
“Yuventus”un yarımmüdafiəçisi Pol Poqba gələcəyi ilə bağlı açıqlama verib.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, fransalı futbolçu meydana qayıtmaq üçün səbirsizləndiyini bildirib:
“Mən hələ də futbolçuyam. “Karyerasını bitirdi” deyənlərə fikir verməyin. Çox məşq edirəm. Meydana qayıtmaq üçün səbirsizlənirəm”.
31 yaşlı fransalı futbolçu antidopinq qaydalarını pozduğuna görə 4 il müddətinə diskvalifikasiya olunub.
Poqbanın “Yuventus”la 2026-cı ilin yayına qədər olan müqaviləsi var.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin