Poqba: “Mən öldüm”
Keçən ilin payızında “Yuventus”un yarımmüdafiəçisi Pol Poqba 4 illik cəza alıb. Fransalı futbolçunun bədənində dopinq aşkarlanıb. Poqba apellyasiya şikayəti verib, lakin hətta onun cəzası azaldılmış olsa belə, karyerasını davam etdirmək çətin olacaq.
Komanda.az “Reddit”-ə istinadən xəbər verir ki, 31 yaşlı futbolçunun sözləri onun ümidsizliyə qapıldığını deməyə əsas verir:
“Mən öldüm. Pol Poqba artıq yoxdur”.
Poqbanın “Yuventus”la 2026-cı ilin ortalarına qədər müqaviləsi var. Dopinq əhvalatından sonra Turin klubunun futbolçuya ödənişləri dayandırdığı məlumatı yayılmışdı.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin