Poqba yeni komandasında məşqlərə başlayıb

Fransalı yarımmüdafiəçi Pol Poqba yeni klubu “Monako”da məşqlərə başlayıb.

Komanda.az “Get French Football News”-a istinadən xəbər verir ki, 32 yaşlı futbolçu uzun müddətdən sonra komandası ilə ilk məşqinə qatılıb.

O, əvvəllər qadağan olunmuş maddələrin istifadəsinə görə diskvalifikasiya olunmuşdu.

Poqba yay transfer pəncərəsində “Monako”ya keçib. O, Avropada əsasən “Yuventus”dakı və “Mançester Yunayted”dəki çıxışı ilə tanınır. Poqba Fransa millisində 91 oyun keçirib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button