Poqba “Mançester Siti”yə keçir?
Fransalı yarımmüdafiəçi Pol Poqba dopinq qadağası başa çatdıqdan sonra mart ayında futbola qayıda biləcək.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, futbolçunun bu yaxınlarda “Mançester Siti”yə keçə biləcəyi ilə bağlı şayiələr yayılıb. Lakin jurnalist Fabrisio Romano bu şayiələri təkzib edib:
“Paul Poqbanın cümə axşamı “Mançester Siti”nin məşq meydançasında olması ilə bağlı xəbərlər doğru deyil”.
Poqbanın indi 31 yaşı var. Onun “Yuventus”la müqaviləsinə xitam verildikdən sonra oyunçu azad agent statusunda qalır.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin