Poqba CAS-a müraciət edib
“Yuventus”un yarımmüdafiəçisi Pol Poqba İdman Arbitraj Məhkəməsinə (CAS) antidopinq qaydalarını pozduğuna görə 4 illik diskvalifikasiya haqqında qərardan apellyasiya şikayəti verib.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, daha əvvəl fransalı futbolçu antidopinq qaydalarını pozduğuna görə 4 il müddətinə futboldan kənarlaşdırılıb. Bu qərar yarımmüdafiəçinin karyerasına mənfi təsir göstərə bilər.
Poqba dördqat İtaliya çempionu, iki dəfə İtaliya kubokunun və Avropa Liqasının qalibidir. O, Fransa millisi ilə birlikdə dünya çempionu olub.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin