
Poqba ABŞ yolunda
“Mançester Yunayted”in futbolçusu Pol Poqbanın qardaşı Florentin Poqba karyerasını ABŞ-da davam etdirəcək.
Komanda.az xəbər verir ki, Poqba MLS təmsilçisi “Atlanta Yunayted”lə iki illik müqavilə imzalayacaq. Bu barədə Fransa mətbuatı məlumat yayıb.
Son olaraq Türkiyənin “Gənclərbirliyi” klubunda forma geyinən Poqba, 1-ci liqa təmsilçisiylə 2018-ci ildə heç bir rəsmi oyunda iştirak etməyib.
28 yaşlı müdafiəçi hazırda azad agent statusu daşıyır.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin