Poqba əməliyyat olunub
“Yuventus”un futbolçusu Pol Poqba diz qapağından əməliyyat olunub.
Komanda.az xəbər verir ki, bu barədə fransalı yarımmüdafiəçi özü sosial şəbəkə hesabında yazıb:
“Yaxşıyam, əməliyyat uğurla keçdi. İndi planlar ən qısa zamanda sağalıb meydana qayıtmaqdır. Xoş arzularınıza və dəstəyinizə görə sizə təşəkkür etmək istəyirəm.
Psixoloji cəhətdən bütün çətinliklərə, zədərə və digər problemlərə baxmayaraq, yaxşıyam. Biz ancaq irəliləyirik”.
İlkin məlumata görə, 29 yaşlı yarımmüdafiəçi 6 həftə yaşıl meydanlara çıxa bilməyəcək.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin