Popoviç yenidən “Sumqayıt”da – rəsmi

“Sumqayıt” klubu qapıçı Andrey Popoviçin transferini rəsmən açıqlayıb. 

Komanda.az klubun saytına istinadən xəbər verir ki, 30 yaşlı qolkiperlə bu mövsümün sonunadək müqavilə imzalanıb. 

Popoviçin son klubu “Çerkası” (Ukrayna) olub. O, 2011/12, 2013/14, 2014/15 mövsümlərində də “Sumqayıt”da oynayıb. Qapıçı 2011-12-ci illərdə Azərbaycan milli komandasına dəvət alıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button