
“Legiya”nın baş məşqçisi: “Mahir Emreli öz üzərində işləməlidir”
Polşıanın “Legiya” komandasının baş məşqçisi Çeslav Mixneviç açıqlama verib.
Komanda.az xəbər verir ki, Mixneviç, azərbaycanlı hücumçu Mahir Emrelinin son oyunlardakı çıxışı ilə bağlı fikirlərini söyləyib:
“Mahir Emreli mövsümə çox yaxşı başladı. Sonra “Bude-Qlimt”lə cavab oyunundan əvvəl xəstələndi. Mahir öz üzərində işləməlidir. Düşünürəm ki, qısa müddətdə yenidən əvvəlki formasına qayıdacaq”.
Mahir “Legiya” ilə 8 rəsmi oyunda 3 qol vurub, 1 məhsuldar ötürmə edib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin