“Visla”nın baş məşqçisi “Qarabağ”la oyun haqda: “Belə rəqiblə qarşılaşmaq lazımlı idi”
Polşanın “Visla” (Krakov) komandasının baş məşqçisi Adrian Qulya “Qarabağ”a qarşı keçirdikləri yoxlama oyununu şərh edib.
Komanda.az xəbər verir ki, klubun mətbuat xidmətinə danışan Qulya, 0:0 hesabıyla bitən matçla bağlı bunları deyib:
“Yüksək səviyyəli bir komandaya qarşı yaxşı oyun keçirdik. Sürət və intensivlik baxımından belə rəqiblə qarşılaşmaq lazımlı idi. Topsuz daha çox işləməli olduq. Amma komanda bunu bacardı. Müdafiənin mərkəzində və orta xətdə boşluqları bağlaya bildik. Rəqib cinahlardan imkanlar yaratdı. Biz əks-hücumlardan istifadə edə bilmədik. Təəssüf ki, penaltini də boşa verdik. Amma bu matç komandanın düzgün istiqamətdə getdiyini göstərir. Təbii ki, hücumda daha aktiv olmalıyıq. Bunun düzələcəyinə inanıram. Müdafiədən də razı qaldım”.
Bizi Facebook-da izləyin