Kapitanı olduğu klubun hissələrini aldı
Polşanın “Visla” klubunda çıxış edən Yakub Blaşikovski kapitanı olduğu Krakov təmsilçisinin hissələrini alıb.
Komanda.az xarici mətbuata istinadən xəbər verir ki, 35 yaşlı yarımmüdafiəçi “Visla”nın borclarını ödədikdən sonra klubun hissələrini də satın alıb.
Sənəd işlərinin martın 31-də tamamlandığı və Blaşikovskinin bu haqda yaxın günlərdə rəsmi açıqlama verəcəyi bildirilir. Blaşikovski bununla da “Visla”nın həm futbolçusu, həm kapitanı, həm də sahibi olacaq.
Bu mövsüm “Visla” ilə 15 oyunda iştirak edən Blaşikovski, 5 qol vurub və 3 məhsuldar ötürmə edib. Onun Polşa klubuyla müqaviləsi mövsümün sonuna qədərdir.
2007-2015-ci illər aralığında Dortmund “Borussiya”sında çıxış edən Blaşikovski, “Fiorentina” və “Volfsburq” kimi klubların da şərəfini qoruyub. Yarımmüdafiəçi 108 dəfə də Polşa milli komandasının formasını geyinib.
Bizi Facebook-da izləyin