“Qurnik”in baş məşqçisi “Zirə” ilə oyunu şərh etdi
Polşanın “Qurnik” komandasının baş məşqçisi Kamil Keres “Zirə”yə qarşı keçirdikləri yoxlama oyununu şərh edib.
Komanda.az xəbər verir ki, klubun mətbuat xidmətinə danışan Keres, 2:2 hesabıyla bitən matçla bağlı bunları deyib:
“Zirə” həssas rəqib idi. Cəmi üç gündür ki, buradayıq. Məşqlərin başlanğıcı hər zaman ağır olur. Bəzi oyunçular üçün ilk, bəziləri üçünsə ikinci oyun idi. İlk hissə gərgin keçdi. Çoxlu qayda pozuntuları, mübahisəli epizodlar oldu. Ümumiyyətlə, yaxşı oynadıq, lakin topa nəzarət etmək həmişə mümkün olmur. İkinci hissədə bir qol vurduq, ikisini buraxdıq. İkinci hissədə daha çox şans yaratdığımızı düşünürəm. Antalyada keçirdiyimiz matçlarda hələ ki, qalib gələ bilmirik, amma uduzmuruq da. Bizim hələ çox işimiz var”.
Bizi Facebook-da izləyin