Mariya Stadnik finala yüksəldi

Polşanın paytaxtı Varşavada güləş üzrə “Poland Open” turniri davam edir.

Komanda.az xəbər verir ki, üçüncü yarış günündə qadın güləşçilər mübarizəyə qoşulub.

Mariya Stadnik startda Rumıniya güləşçis Emiliya Alina Vuku tam üstünlüklə məğlub edib. 1/4 finalda ABŞ təmsilçisi Erin Qolston qadın güləşinin canlı əfsanəsi qarşısında cəmi 1 dəqiqə 18 saniyə duruş gətirə bilib. Stadnik yarımfinalda rusiyalı rəqibi Mariya Tiumerekovanı da ilk hissədə xalçadan məyus yola salaraq, adını finala yazdırıb.

Stadnik finalda ukraynalı Oksana Livaçla güləşəcək.

Final qarşılaşmaları Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button