“Mahir Emreli istəkli və iddialı oyunçudur” – “Legiya”nın baş məşqçisi
Polşanın “Legiya” komandasının baş məşqçisi Marek Qolebievski klubun mətbuat xidmətinə açıqlama verib.
Komanda.az xəbər verir ki, Qolebievski, azərbaycanlı hücumçu Mahir Emrelinin çıxışı haqda danışıb:
“Mahirlə ötən oyunda uğursuzluğu haqda iki dəfə danışmışam. Mən özüm də hücumçu olmuşam. Beyni təmiz olmalıdır. Uğursuzluğu haqda deyil, daha da inkişaf etməyi ilə bağlı düşünməlidir. Qol vursa, artıq ayağı açılacaq.
Mahir istəkli və iddialı oyunçudur. Futbol belədir, bəzən istədiyin kimi alınmır. İstəkli olsan da, nəticə olmur. Bəzən topun nə üçün qapıya girmədiyini başa düşə bilmirik. Futbol belə bir idman növüdür”.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin