“Mahir kimi futbolçulara çox ehtiyacımız olacaq” – “Legiya”nın baş məşqçisi
Polşanın “Legiya” komandasının baş məşqçisi Aleksandr Vukoviç Ekstraklasada “Radomyak Radom”a qarşı keçirdikləri oyundan (0:3) sonra fikirlərini bildirib.
Komanda.az “legia.net” saytına istinadən xəbər verir ki, Vukoviç, bir müddət əvvəl azarkeşlərin hücumu zamanı xəsarət alan və son iki matçı buraxan Mahir Emreli haqda da danışıb:
“Mahir Emreli özünü çox yaxşı hiss edir. Onunla danışdım və vəziyyəti yaxşıdır. Ümid edirəm ki, komandanın qış hazırlığına qoşulacaq. Mahir kimi futbolçulara çox ehtiyacımız olacaq. Onun bizimlə davam edəcəyinə inanıram. O, mənə müqaviləni ləğv etmək istədiyini deməyib”.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin