“Mahirlə ilk dəfə tanış olanda çox təəccübləndim” – “Legiya”nın baş məşqçisi

Polşanın “Legiya” komandasının baş məşqçisi Aleksandr Vukoviç açıqlama verib.

Komanda.az xəbər verir ki, yerli mətbuata danışan Vukoviç, azərbaycanlı hücumçu Mahir Emreli haqda bunları söyləyib:

“Mahirlə ilk dəfə tanış olanda çox təəccübləndim. Televiziyada izləyəndən sonra qarşımda bir az təkəbbürlü insan olacağını gözləyirdim.

Mahir məni təəccübləndirdi və əks təəssürat yaratdı. Şübhəsiz ki, onu təkəbbürlü adlandırmaq olmaz. Ümid edirəm ki, bizim oyunçumuz olmağa davam edəcək. Lakin mən hazırda birmənalı, əmin cavab verə bilmirəm”.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button