Mahir Emreli – 3!
Polşanın “Legiya” komandası Avropa Liqasının qrup mərhələsinin sonuncu turunda “Spartak”a (Moskva, Rusiya) uduzub – 0:1.
Komanda.az xəbər verir ki, Polşa mətbuatı sözügedən oyunda iştirak edən oyunçuların performanslarını qiymətləndirib.
Azərbaycanlı hücumçu Mahir Emrelinin oyunu 3 xalla qiymətləndirilib. Matça əsas heyətdə başlayan Emreli 72-ci dəqiqədə Tomaş Pekqartla əvəzlənib.
“Legiya”da ən yüksək xalı müdafiəçi Yuri Ribeyro və qapıçı Artur Boruts alıb. Onların performansı 5 xalla qiymətləndirilib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin