“Legiya”nın baş məşqçisi Mahir Emrelidən narazıdır
Polşanın “Legiya” komandası Avropa Liqasının qrup mərhələsinin 3-cü turunda bu gün “Napoli”nin qonağı olacaq.
Komanda.az xəbər verir ki, azərbaycanlı hücumçu Mahir Emreli sözügedən səfər matçında əsas heyətdə yer almaya bilər. Bu barədə “legia.net” saytı məlumat yayıb.
Xəbərdə, komandanın baş məşqçisi Çeslav Mixneviçin Mahirin performansından narazı olduğu və bu səbəbdən ona əsas heyətdə şans verməyəcəyi bildirilib.
“Napoli” – “Legiya” matçı saat 23:00-da başlayacaq.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin