Azarkeşlər Mahir Emrelini seçdilər
“Legiya” komandasının azarkeşləri klubda çıxış edən legionerlərin Polşa çempionatının 9-cu turunda “Rakuv”la matçdakı oyununu qiymətləndiriblər.
Komanda.az xəbər verir ki, “legia.net” saytında keçirilən səsvermədə ən yüksək xalı azərbaycanlı hücumçu Mahir Emreli toplayıb. O, sözügedən görüş üçün 6.53 xalla legionerlər arasında ən yaxşı oyunçu seçilib.
Emreli 2:3 hesabı ilə uduzduqları görüşdə bir qol vurub.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin