“Legiya”nın sabiq futbolçuları Mahir Emrelinin oyununu dəyərləndirdilər

Polşanın “Legiya” klubunun sabiq futbolçuları Silvestr Çereşevski və Dariuş Dzekanovski azərbaycanlı hücumçu Mahir Emrelinin çıxışını dəyərləndirib.

Komanda.az “legia.net” saytına istinadən xəbər verir ki, Silvester, Varşava təmsilçisində avrokubok matçlarında Emreliyə şans veriləcəyini deyib:

“Düşünürəm ki, “Legiya” avrokuboklarda bir hücumçu – Emreli ilə oynayacaq. Digər hücumçular ehtiyatda qalacaq. Ölkə çempionatının oyunlarında isə Emreliylə yanaşı, daha bir hücumçu da olacaq. “Legiya” öz meydanında iki hücumçu ilə oynamalıdır.

“Legiya” “Bude-Qlimt”lə cavab matçına pis başladı, ancaq şanslar yaratdılar və layiqincə mərhələdə adladılar. Komandada işlər yolunda gedir”.

Dzekanovski isə Mahirin topla daha yaxşı oynadığını və sürətli olduğunu qeyd edib:

“Legiya” iki fərqli hücumçu ilə oynamalıdır. Biri hava toplarında daha yaxşı olmalı, digəri isə topla hücuma çıxma zamanı. Emreli topu özündə saxlaya bilir və sürətlidir. Luqinyas Emreli ilə yanaşı oynasa, daha faydalı ola bilər”.

Mahir Emreli “Legiya” ilə iki rəsmi oyunda 2 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button