“Bu vəziyyətdə üzr istəmək bir məna kəsb eləmir” – Mahir Emreli
Polşanın “Legiya” klubunun futbolçusu Mahir Emreli çempionatda “Visla”ya (Plotsk) uduzduqları oyunu şərh edib.
Komanda.az xəbər verir ki, klubun mətbuat xidmətinə danışan azərbaycanlı hücumçu, 0:1 hesabıyla məğlub olduqları oyunla bağlı fikirlərini bildirib:
“İndi nəsə demək çətindir. Bu, “Legiya” tarixində bir ilkdir. Həddindən artıq çox oyun uduzduq. Daha əvvəl belə bir seriyanın olduğunu xatırlamıram.
Döyüşdük, amma xeyri olmadı. Səbəbinin nə olduğunu bilmirəm. Kimsə desə ki, biz döyüşmürük, bu fikirlə razı deyiləm. Top iki metrdən qapıya girmir.
Daha nə deyəcəyimi bilmirəm. Ancaq üzr istəyə bilərəm. Bu vəziyyətdə üzr istəmək bir məna kəsb eləmir.
İlin sonuna kimi iki oyunumuz var, diqqətimizi cəmləyib qələbə qazanmalıyıq. Hər kəsdən bir daha üzr istəyirəm”.
“Legiya” Polşa Ekstraklasasında sonuncu sıradadır.
Bizi Facebook-da izləyin